Mayın 5-də keçirilən etiraz aksiyalarına görə həbs edilən rusiyalı müxalifət lideri Aleksey Navalnı azadlığa çıxıb.

Open.az xəbər verir ki, bu barədə onun özü "İnstagram" hesabında məlumat verib. O, 30 günlük həbs cəzasından sonra sərbəst buraxıldığını bildirib.

Qeyd edək ki, Navalnının özü ona qarşı irəli sürülən qeyri-sanksiyalı aksiya haqqında ittihamları gülməli adlandırıb.

Xatırladaq ki, mayın 5-də, Rusiya prezidenti Vladimir Putinin inauqurasiyasından iki gün əvvəl ölkənin 100-ə yaxın şəhərində “Putin bizim kralımız deyil” sloqanlı etiraz aksiyaları keçirilib.

Rusiyalı müxalifətçi həbsdən çıxdı