Fransa prezidenti Emanuel Makronun ABŞ prezidenti Donald Trampı Suriyada qalmasına razı saldıqları sözlərindən sonra Ağ Evdən açıqlama verilib.

Open.az “DHA”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Sanders məlumat verib:

"ABŞ-ın Suriyadakı missiyası dəyişməyib. Suriyada olmağımızın səbəbi İŞİD-lə mübarizədir. İŞİD-i tamamilə əzməkdə qərarlıyıq".