Yunanıstanda naməlum bir şəxs Afina Elefterios Venizelos Beynəlxalq Hava Limanına bomba yerləşdirildiyini xəbər verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı Elefterios Venizelos Beynəlxalq Hava Limanında bomba həyəcanı yaşanıb.

Kimliyi məlum olmayan bir nəfər Efimerida Ton Sindakton Qəzetinə zəng vuraraq hava limanında 3 partlayıcı yerləşdirildiyini və gecə yarısına qədər partladılacağını deyib.

Rəsmiləri xəbərin əsassız olub olmadığını araşdırır.