Adnan Oktarın keçmiş "kedicik"i Ceyla Özgül təşkilatla bağlı yeni açıqlamalar verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, məşhur televiziya mütəxəssisi Acun Ilıcalının Adnan Oktarın keçmiş miridi olduğunu iddia edib.

C.Özgür bu barədə "Twitter" hesabında məlumat yayıb: "Cənab Acun Ilıcalı keçmiş bir mürid olaraq dediklərimi təsdiq edəcək".

Onun bu tviti qısa müddət ərzində bomba təsiri yaradıb. O, daha sonra paylaşımını silib.

Qeyd edək ki, polisin keçirdiyi əməliyyat nəticəsində "Adnan Hoca" kimi tanınan Adnan Oktar və 235 tərəfdarı saxlanılıb.

Adnan Oktarla Acun Ilıcalının nə əlaqəsi var?