“20 Yanvar” stansiyasının girişində yoxa çıxmış zibil qutuları yerinə qaytarılıb.

Open.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyasının girişində və Azərsu” ASC-nin binasının önündə yerləşən məkanda yeni zibil qutuları yerləşdirilib.

Qeyd edək ki, iyulun 26-da Open.az-ın əməkdaşı metronun “20 Yanvar” stansiyasının girişində və Azərsu” ASC-nin binasının önündə yerləşən məkanda zibil qutularının olmamasını, ərazinin natəmiz vəziyyətdə olduğunu müşahidə etmişdi.

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq məsələnin araşdırılacağı bildirilmişdi. Belə ki, saytımızın müdaxiləsi nəticə verib və ərazidə təmizlik işləri aparılaraq, zibil qutuları yerləşdirilib.

“20 Yanvar”ın girişindən yoxa çıxan zibil qutuları yerinə qaytarıldı - FOTO