Fransanın paytaxtı Parisdə 1 il yaşamağın 183 siqaret çəkməyə bədəl olduğu ortaya çıxıb.

Open.az xəbər verir ki, "Le Parisien" qəzetinin Nəqliyyat və Ətraf Mühit Cəmiyyətinin apardığı araşdırmaya əsaslandırdığı xəbərinə görə, havadakı kubmetr başına 22 mikroqram ölçülən zəhərli partikül miqdarını tənəffüs etmək, bir ədəd siqaret çəkməklə eyni təsiri yaradır.

Xəbərdə, iki ədəd siqaret çəkməklə 4 gün Parisdə qalmanın sağlamlığa eyni dərəcədə zərər verdiyi qeyd olunub. İllik hesablandıqda, Parisdə 1 il nəfəs almağın 183 ədəd siqaret çəkməyə bədəl olduğu ortaya çıxıb. Dərnək rəsmisi Cens Müllerin, havanın çox çirkli olduğu dövrlərdə açıq havada idman etməyin və yemək yeməyin zərəli olduğunu deyib.

Keçən il də Paris metropoliteninin havasındakı zəhərli zərrəciklərin, paytaxtda açıq havaya nisbətən 10 dəfə çox olduğu müəyyən olunmuşdu. Hava çirklənməsi ölçü məlumatlarına görə, ötən il 4 iyul tarixində metro içində kubmetr başına 438 mikroqram ölçülən zəhərli partikül miqdarı, eyni saatlarda açıq havada kubmetr başına 27 mikroqram olaraq ölçülmüşdü. Ətraf mühitin çirklənməsi mövzusunda əhəmiyyətli öhdəliklərdə göstərilən Paris İqlim Sammitinə ev sahibliyi edən şəhərin rəhbərliyi, hava çirklənməsi sahəsindəki tədbirlərini artırmağa çalışır.

Paris Meri Anna Hidalgo, iki il əvvəl Meksikada keçirilən C40 bələdiyyə başçıları zirvəsində 2025-ci ilə qədər dizel vasitələrinin şəhərdə qadağan etməyi irəli sürmüşdü. Parisdə hava çirklənməsi nisbətinin artdığı dövrlərdə, şəhərdə tək və cüt nömrə tətbiqinə keçilir. Ən son keçən həftə bu həyata keçilmişdi. Dünya Səhiyyə Təşkilatı, dünya miqyasında xərçəngdən ölümlərin ən əhəmiyyətli səbəbinin hava çirklənməsi olduğunu bildirmişdi. Dizel ilə işləyən avtomobillərin yaydığı azot oksid qazlarının, insan sağlamlığı üçün təhlükəli olduğu bilinir.