Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamay Moskvada saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu saat 15:00-da polis bölməsində ifadə verəcək.

Qeyd edək ki, “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev kafelərinin birində dövlət məmurunu döyüb. Onların hərəkəti təhlükəsizlik kameralarına qeyd edilib. Futbolçular məmurlarla davadan 2 saat öncə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər.

Hadisə ilə bağlı istintaq başladılıb. Futbolçuların çıxış etdikləri klublar da onları cəzalandırmağa söz verib.

Gülnar Qafarlı