“Qarabağ”ın sabiq üzvü, hazırda Qazaxıstanın “Aktobe” klubunda çıxış edən Reynaldo Azərbaycana gəlib.

Open.az xəbər verir ki, milli komandaların oyunlarına görə Bakıya gələn futbolçu “Qarabağ”ın düşərgəsinə baş çəkib. Bu barədə "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov Facebook səhifəsində fotolar paylaşaraq məlumat verib.

Qeyd edək ki, 29 yaşlı vinqer 2013/17-ci illərdə “Qarabağ”da çıxış edib.