Orta səviyyəli klublar dünya nəhəngləri ilə maliyyə baxımından rəqabətə davam gətirə bilmir. Buna görə də onlar fərqli transfer siyasətinə əl atırlar.

Open.az bu transfer siyasətini bir neçə nümunə ilə təqdim edir.

İngiltərənin “Sauthempton” akademiyası son illərdə Lyuk Şou, Vord-Prous və Met Target kimi oyunçuları yetişdirib. Onların transfer siyasəti - “Qara qutu” adlanır. Bu, klubun idarə heyətinin futbolçularda, klublarda və hətta menecerlərdə toplanmış bilgini nəzərdən keçirməsi üçün bir vasitədir. Onların keçmiş baş skautu Poul Mitçel oyunçu axtarmaqla bağlı açıqlama verib: “Oyunçu atletik, hərəkətdə olmalıdır, klubun ona verdiyi məlumatı yadda saxlamalı və karyerasında uğur qazanmaq üçün istifadə etməlidir”.

Orta səviyyəli klubların transfer “qazancı”

Mövcud məlumatın çoxalmasına baxmayaraq hələ də oyunçuların qiymətləndirilməsi çətin və asan toplanınan xəbərlərə əsasən aparılır. Bu informasiyaya skaut hesabatları və statistika aiddir. Statistikadan menecer və məşqçi heyəti yararlanır.

“Sauthempton”un 34 yaşlı idman direktoru Ros Vilson son on ildə çətin və asan əldə olunan məlumatın alınmasında baş verən dəyişiyin genişlənməsi barədə danışıb: “Məlumatın toplanmasında çox böyük dəyişiklik olub, istər skaut hesabatlarında, istərsə də statistikada. Əvvəllər olduğundan daha yaxşı vəziyyətdədir”.

Orta səviyyəli klubların transfer “qazancı”

2014-cü ilin yanvar ayında əlcəzairli futbolçu Riyad Mahrez “Liqa 2” komandalarından olan “Le Havr” klubundan 375.000 funt sterlinq müqabilində “Lester Siti”yə transfer olunanda, bu transferi hamı adi qarşıladı. Həmin ilin fevralında Qari Lineker “Lester”in baş skautuStiv Volşun Mahrezi təsadüfən kluba gətirməsi barədə açıqlama verib: ”O, başqa oyunçu axtarmaq üçün getmişdi və Mahrezlə geri qayıtdı”. İki ildən sonra komandanın “Premyer liqa” qalibi olmasında Mahrezin əvəzsiz rolu olub. Bu yay transfer dönəmində “Mançester Siti” 60 milyon funt sterlinq qarşılığında oyunçunu heyətinə qatıb. Bu oyunçunun ilkin transfer qiymətindən 130 dəfə artıqdır.

Orta səviyyəli klubların transfer “qazancı”

Əgər yeni bir Mahrez üzə çıxsa, “Sauthempton” və “Lester” kimi orta səviyyəlikomandalar onu heyətinə qatacaqlar. Zaman ötdükcə dünya nəhəngləri həmin oyunçular üçün böyük məbləğ təklif edəcəklər. Bu da nisbətən kiçik klubların transfer bazarından daha çox gəlir əldə etməsinə şərait yarada və maliyyə problemlərinin aradan qaldırılmasına yardımçı ola bilər.

Orta səviyyəli klubların transfer “qazancı”

Həmid Həmidov