Dövlət məmurunu döyməkdə ittiham olunan və polis bölməsinə aparılan “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin həyat yoldaşı ondan boşanmağa qərar verib.

Open.az "Sport24.ru"ya istinadən xəbər verir ki, Alana Mamayeva bu gün boşanma ərizəsini təqdim edib. O, ərinin hərəkətinə görə çox utandığını və buna görə boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, 2013-cü ildə ailə həyatı quran cütlüyün bir qızı və bir oğlu var.

Xatırladaq ki, “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev kafelərinin birində dövlət məmurunu döyüb. Onların hərəkəti təhlükəsizlik kameralarına qeyd edilib. Hadisə ilə bağlı istintaq başladılıb, onlar polis bölməsinə aparılıb.

Gülnar Qafarlı

Dövlət məmurunu döyən futbolçunun həyat yoldaşı ondan boşanır

Polis bölməsinə aparılan futbolçunun həyat yoldaşı ondan boşanır