Bu gün Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsinin iclası keçirilib.

Open.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 7-ci turunda keçirilən oyunlarda futbolçuların qayda pozuntularına görə cərimələrin tətbiq olunması məsələsinə baxılıb.

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində flaqmanın futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılması ilə əlaqədar bir oyunluq cəzalandırılıb. Klub isə 200 manat məbləğində cərimə olunub.

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat məbləğində cərimələnib.

İclasda, həmçinin I Divizionun VI turunda oynanılan bir neçə qarşılaşma ilə əlaqədar da həm futbolçulara, həm də komandalara cərimələr tətbiq olunub.