İspaniya Birinci Futbol Liqası komandalarından "Real Madrid"də fransalı hücumçu Kərim Benzema, sağ dizindən zədə alıb.

Open.az xəbər verir ki, klubdan verilən məlumata görə, La Liganın 8-ci həftəsində Alaves matçının ikinci yarısının əvvəlində oyundan çıxmaq məcburiyyətində qalan Benzemanın sağ dizində zədələnmə qeydə alınıb.

"Real Madrid", 30 yaşlı hücumçunun sağalma müddətinə dair məlumat verməyib, ancaq İspan mətbuatı, fransalı futbolçunun meydançalardan 2 həftə uzaq qalmasının gözləndiyini bildirib.

Benzame son 4 oyundur qol vurmayan "Real Madrid"də Marcelo, Isco və Carvajaldan sonra əlillər siyahısına əlavə olunan sonuncu oyunçu olub