UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqora qalib gələn rusiyalı samboçu Həbib Nurməhəmmədov çempion kəmərini qoruyacaq.

Open.az "TMZ"yə istinadən xəbər verir ki, bu barədə UFC-nin prezidenti Deyn Uayt açıqlama verib. O, çempiona tətbiq ediləcək sanksiyalar barədə danışıb.

"Hazırda döyüş üçün nəzərdə tutulan qonorar Həbibə ödənilməyib. Dəqiq deyirəm ki, o, məbləğin hamısını ala bilməyəcək. Amma birmənalı olaraq çempion kəmərini qoruyacaq. Həbib diskvalifikasiya ediləcək. Yəqin ki, bu 4-6 ay müddətlik olacaq. UFC digər ölkələrdə onun görüşlərini təşkil etməyi planlaşdırmır", - deyə Uayt bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

Xatırladaq ki, Nurməhəmmədov Makqreqora qarşı döyüş üçün iki milyon dollar almalı idi.

Gülnar Qafarlı