Dağıstanlı samboçu Həbib Nurməhəmmədov və irlandiyalı döyüşçü Konor Makqreqor mütəhhim kürsüsündə əyləşəcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nevada ştatının Atletika Komissiyası məlumat yayıb. Hər iki idmançının davranışına məhkəmədə aydınlıq gətiriliəcək.

"Biz Konor Makqreqor və Həbib Nurməhəmmədova qarşı məhkəməyə sənəd verəcəyik. Şikayətə operativ baxılmalıdır", - deyə Komissiyanın nümayəndəsi Entonii Marnel bildirib.

Məhkəmənin ilk iclası noyabrda olacaq. Bu vaxt ekspertlər idmançıların və komandalarının üzvlərinin arasında davanın şəraitini dəqiq araşdıracaq. Bunun üçün yenidən hadisələrin videolarına baxılacaq və mütəhhimlər dindiriləcək.

Xatırladaq ki, Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

ABŞ-ın Nevada ştatının Atletika Komissiyası hadisə ilə bağlı araşdırma aparacaq. UFC-nin prezidenti Deyn Uayt bildirib ki, rusiyalı döyüşçü prosesin başa çatmasına qədər qonorar almayacaq.

Hadisədən sonra Həbib Nurməhəmmədov üzr istəyib.

Gülnar Qafarlı