Moskvada 2018-ci ilin avqust ayının 1-də baş verən Gəncə hadisələri ilə əlaqəsi üçün axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə ötən gün baş verib. 34 yaşlı adlı gizli saxlanılan cinayətkar Moskvanın Memar Vlasov küçəsində ələ keçirilib.

Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı indiyə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib və onlar barəsində müaviq məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Baş prokuror Zakir Qaralov bir müddət əvvəl mətbuata açıqlamasında Gəncə hadisələri ilə bağlı 77 nəfərin həbs olunduğunu, 11 nəfər haqqında isə axtarış elan edildiyini bildirib.

Gülnar Qafarlı