Nizami Kino Mərkəzində litvalı rejissor Arunas Matelisin ekranlaşdırdığı “Möhtəşəm uğursuzlar: Fərqli dünyalar” (Wonderful losers: A different world) filminin təqdimatı olub.

Open.az xəbər verir ki, Kann film festivalında nümayiş olunan ekran əsərinin Bakıda təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Filmin təqdimatından əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək ölkəmizdə belə ekran əsərlərinin təqdimatını yüksək qiymətləndirib. Ekran əsərinin bir sıra festivallarda, o cümlədən Kann film festivalında maraqla izlənildiyini deyən Xalq artisti filmin ölkəmizdə kinosevərlərə təqdim edilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.