E-ticarət nəhəngi "Alibaba"nın İdarə Heyətinin sədri Cek Ma 39 milyard dollar sərvəti ilə Çinin ən zəngin insanı olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin araşdırma şirkəti məlumat yayıb. Şirkətinin hazırladığı "ən zəngin insanlar" siyahısında Ma şəxsi sərvətiylə birinci sırada yer aıb.

Ötən ilin ən varlı Çinli əmlak şirkəti "Guangcou Evergrande"in İcraçı Direktoru Şü Ciayin 36 milyard dollar sərvəti ilə bu il siyahının ikinci sırasında qərarlaşıb.

İnformasiya və texnologiya şirkəti "Wechat Tencent"in İcraçı Direktoru Pony Ma isə 35 milyard dollar ilə üçüncü pillədə yer alıb.

Gülnar Qafarlı