Türkiyənin İstanbul şəhərinin Bosfor boğazı sahilində yerləşən dəbdəbəli villaların alınmasına maraq kəskin artıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, mülkləri almaq istəyənlər arasında Azərbaycan vətəndaşları çoxluq təşkil edir.

Sözügedən villaların qiymətləri 4,5 milyon dollardan 95 milyona qədər dəyişir. Sahilboyu villalara maraq türk lirəsinin süqutundan sonra çoxalıb.

Qeyd edək ki, xarici ölkə vətəndaşları villalar almaqla Türkiyə vətəndaşı pasportunu əldə edə bilərlər. Çünki bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbilər üçün vətəndaşlıq almaq şərtlərini sadələşdirib.

Gülnar Qafarlı

Azərbaycanlılar İstanbulun elit mülkünü almaq üçün sıraya düzüldülər