Amerikanın Səsinin rus xidməti ilk dəfə olaraq Rusiyanın Milli Təhlükəsizlik Nazirliyinin sənədlərini dərc edib. Burada amerikalı yazıçı Con Steynbekin SSRİ dövründə səyahət etdiyi Kiyev etapından bəhs edilir.

Open.az xəbər verir ki, Steynbek və Robert Kapanın sovet turnesi 1947-ci ildə baş tutub. Amerikalı yazıçı və fotoqraf şəxsi təşəbbüsləri ilə səyahətə çıxıb. İki ay ərzində onlar Leninqrad, Moskva və Kiyev, habelə Stalinqrad və Gürcüstanda olub. Steynbek Kapanın çəkdiyi şəkillərinin illüstrasiyası ilə “Rusiya gündəliyi” adlı kitabını yazıb.

Bu kitab Rusiyada yenidənqurma dövründə işıq üzü görüb. Lakin o zaman yazıçının səyahəti dövrünün müsbət xatirələri çap edilib. Kitabın respessiyalar və kəndlilərin aclığına dair hissələri deyil, şəhərlər və kolxozlarda təmtəraqlı ziyafətlərdən bəhs edən hissələri ictimaiyyətə açılıb.

Məşhur amerikalı qonaqların səfəri o zaman NKVD adlandırılan Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti ilə keçir. Sovet dövründə bu, başqa cür ola da bilməzdi. Məsələn, amerikalıları Gürcüstanda gəzdirən sürücü əslində çekist olub.

Steynbekin Kiyev kolxozları ilə bağlı xatirələri Ukraynanın Təhlükəsizlik Xidmətinin arxivində saxlanılıb.

“Rusiya gündəliyi”nin 4-cü və 5-ci bölümlərində Kiyevdən bəhs edilir.

MTN “Steynbek və Kapanın Kiyev səfəri gündəlik agentura və xaricdən nəzarətlə keçib, bir də______________”, bildirib.

“Bir də_____________” nə demək olduğu məlum deyil. Xüsusi xidmət tərəfindən edilən bu boşluqlara çox rast gəlmək olur. Bəlkə də bunlara makinaçıların eşitməməli olduğu adlar sonradan əlavə edilirmiş.

Steynbek və Korneyçuk
Steynbek və Korneyçuk

Bunun ardınca Steynbek və Kapanın tərcümüyi-hallarına dair qısa məlumatlar yer alır. Steynbek haqda bir neçə sətr yazlıb. Lakin Kapanın keçmişi haqda detallar MTN üçün maraqlı görünür. Güya o, Zakarpatyedə doğulduğunu iddia edib. (Kapanın doğum yeri hazırda Budapeş göstərilir.)

Digər mənbələr onun Hakapoş şəhərində doğulduğunu iddia edir. Hazırda Slovakiyada yerləşən bu şəhərin adı Belke-Kapuşanı adlanır və o, Ukraynanın Zakarpatye bölgəsindən bir neçə kilometrlik məsafədə yerləşir. Hər iki şəhər o zaman Avstro-Macarıstanın tərkibində olub.)

Kapanın vətəndaş müharibəsi zamanı İspaniyada olduğu da qeyd edilib. Lakin Robert Kapanın təxəllüs, əsl adının Endre Ernyo Fridman olduğundan bəhs edilmir.

Məlumatda Steynbek sakit, heç vaxt sual verməyən və suallara həvəssiz cavab verən bir insan kimi xarakterizə edilir. Kapa isə bunun əski olaraq, söhbətcil adlandırılır.

Steynbek

MTN-yi yazıçının SSRİ-yə adi insanların həyatı barədə yazmaq üçün deyil, əslində ABŞ rəhbərliyi və Gizli Xidmətinin tapşırıqlarını yerinə yetirmək üçün gəldiyindən əmin idi.

Buna əsas dəlil kimi yazıçının ABŞ-ın Rusiyadakı səfiri ilə görüşü göstərilir.

Nazirlik hesab edirdi ki, Amerika Steynbekin yardımı ilə SSRİ-ni beynəlxalq vəziyyətə görə günahlandırmağa çalışır.

Lakin yazıçı deyib ki, Amerikada anti-sovet əhval-ruhiyyəsinə yalnız kiçik bir reaksiner qrupu malikdir. O, bunu MTN-nin agenti olan “Aleksandrova” ilə söhbətində deyib. Steynbek söhbət zamanı SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotovu kəskin, SSRİ-nin ABŞ-dakı səfiri Andrey Qromıkoni kobud adlandırıb. Lakin yazıçı diplomatlar İvan Mayski və Konstantin Umanskini tərifləyib.

Steynbek xalqı sülhpərvər, yuxarıları isə aqressiv adlandırıb.

O zaman yazıçının “Qəzəb salxımları” əsəri məşhur idi. Kitabda o, Böyük Depressiya dövründə amerikalı fermerlərin acınacaqlı həyatından bəhs edirdi.

Amerikalılar Ukraynanın Yazıçılar İttifaqının rəhbəri, dramaturq Aleksandr Korneyçukun evində qonaq olarkən yazıçı Vanda Vasilyeva yoldaş______ və xalqın vəhdət təşkil etdiyini deyərək, tost qaldırıb. Burada Stalinin adı boş buraxıldığını bilmək elə də çətin məsələ deyil. Lakin Steynbek xalqın şərəfinə badə qaldırdığını deyib.

Çekistlər onun kolxozları gəzərkən suallar vermədiyini, lakin hər kolxozda neçə kombayn, nə qədər taxıl olduğunu bildiyini deyir.

Sovet orqanları xarici fotoqrafların yoxsul insanların şəkillərini çəkməsinə qarşı olub. Onlar bu şəkillərdən anti-Sovet təşviqatı üçün istifadə edildiyini deyirdilər.

Steynbekin Sovet İttifaqına son səfəri 1963-cü ildə baş tutur. Bu dəfə Kapasız. Belə ki, Kapa 1954-cü ildə Hind-Çində vəfat edir.

Steynbek köhnə tanışları ilə görüşür. Şahidlər onun artıq məhsul tədarükü ilə maraqlanmadığını deyir. Lakin təhlükəsizlik xidməti gözünü Stenybekdən bu dəfə də ayırmır.

Lakin arxivlərdə yazıçının ikinci səfərinə dair məlumatlar aşkar edilməyib.