Türkiyədə yoxa çıxan tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Qaşıqçının axtarılması üçün ilk addım atılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə jurnalistin axtarılması üçün Səudiyyə Ərəbistanı Konsulluğundan icazə istəyib.

Türkiyənin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəsini bazar günü ikinci dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün baş konsulluğa gedib və daha sonra ondan xəbər olmayıb.

Gülnar Qafarlı