Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı, parlamentin keçmiş deputatı Levon Sarkisyan həbs edilib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyan 10 il əvvəl 2008-ci ildə Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetsyanın malikanəsinə silahlı hücum etməkdə ittiham olunub. O, sözügedən cinayəti yaratdığı bandit dəstəsininin sifarişi ilə həyata keçirib və oğurlanmış qızıl-zinət əşyaları qarətçilərin əlindən alıb.

Qeyd edək ki, bu yaxınlarda keçmiş deputatın malikanəsi və mənzilində əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində xeyli sayda silah-sursat ələ keçirilib.

Gülnar Qafarlı