Pakistanın keçmiş baş nazirləri Navaz Şərif və Şahid Hakan Abbasi vətənə xəyanətdə ittiham olunur. Onlar ifadə verməyə çağırılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Lahor Ali Məhkəməsindən açıqlama verilib.

Bu gün məhkəmədə barələrindəki iddiaları dinləyən şəxslərə oktyabrın 22-nə qədər vaxt verilib.

İki baş nazirin tərəfdaşlarının toplandığı məhkəmənin qarşısında təhlükəsizlik tədbirləri artırılıb.

Gülnar Qafarlı