İsveçin paytaxtı Stokholmda iqtisadiyyat üzrə 2018-ci il Nobel mükafatının laureatı məlum olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatı Uilyam Nordhaus və Pol Romer qazanıb.

Onlar "uzunmüddətli makroiqtisadi analizə iqlim dəyişikliyinin inteqrasiyası" işlərinə görə mükafata layiq görülüb. Beləliklə, Nobel həftəsi başa çatıb.

Qeyd edək ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildən təltif edilir.

Gülnar Qafarlı