Hindistanın Uttarakhand əyalətində son 1,5 ildə vəhşi heyvanların hücumu nəticəsində 79 nəfər həyatını itirib.

Open.az xəbər verir ki, Hindistanın yerli mətbuatının Meşə Nazirliyinin açıqlamasına əsaslandırdığı xəbərlərə görə, əyalətdə 18 ayda vəhşi heyvanların hücumu nəticəsində 79 nəfər həyatını itirib.

Vəhşi heyvanların həmçinin, 11 min təsərrüfat heyvanını telef etdiyi, 1180 hektar kənd təsərrüfatı sahəsinə zərər verdiyi qeyd edilib.

Xalqın özünü qorumaq məqsədilə yaşayış yerlərinə yaxın meşə sahələrdə təxminən 7400 vəhşi heyvanı öldürdüyü bildirildib.

Yaşayış sahələrinin meşə regionlarına doğru genişlənməsi səbəbilə heyvanların özlərini müdafiə məqsədiylə insanlara hücum etdikləri bildirilib.

Heyvanların insanlara hücum etməsində, plansız urbanizasiya və meşə sahələrin məhv edilməsi kimi səbəblər göstərilir. Təbii həyat sahələri viran edilən vəhşi heyvanların yemək tapmaq üçün insanların yaşadıqları sahələrə yönəldiyi, bu səbəblə aqresivləşdikləri qeyd edilib.

Ölkədə insanlara qarşı heyvan hücumlarında artım diqqət çəkdiyi bildirərkən, insanlara ən çox bəbirlərin hücum etdiyi qeyd edilib.