Azərbaycan əsgəriyəm

Напечатать Категория: Развлечения » Стихи
27 июля 2008 Автор: talish_43 Просмотров: 7493 Комментариев: 0
Azərbaycan əsgəriyəm



Azərbaycan əsgəriyəm

Seçəmmədik tükü yağda,
Ləkə saldı qara ağda.
Bu millətin Qarabağda,
Qazılmamış səngəriyəm,
Azərbaycan əsgəriyəm.

Yoxdumu dərdimi bilən?
Fitnədir bağrımı dələn.
Qubadlıdan axıb gələn,
Bərgüşadam, Həkəriyəm,
Azərbaycan əsgəriyəm.

Vətən mənliyimin dadı,
Düşmən üstündən adladı.
Bu millətin həm övladı,
Həm quluyam, nökəriyəm,
Azərbaycan əsgəriyəm.

Şuşam hurim, cənnətimdir,
Tariximə heyrətimdir,
Namusumdur, qeyrətimdir,
Qarabağsız ləkəliyəm,
Azərbaycan əsgəriyəm.

Nə vaxt yaşadıq ilkini?
Tapmadım mən bu bilgini.
Tarixdəki pay, bölgünü,
Türkmənçaydan çəkəliyəm,
Azərbaycan əsgəriyəm.

Ağdamım vuran ürəyim,
Göyçəmdi duzum, çörəyim,
Borçalım nazlı mələyim,
Dərbənddən bir az bəriyəm,
Azərbaycan əsgəriyəm.

Sevincin baharı, yazı,
Dilləndir sədəfli sazı.
Qazağımda Qarayazı,
Tovuzumda Cökəliyəm,
Azərbaycan əsgəriyəm.

Recommend us

Рейтинг '+' (24)


Поблагодарили 33 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.